İngiltərə təmsilçisi “Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbömonu transfer edib.
Operativ Media xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu ilə “5+1” illik müqavilə imzalanıb. Transfer Mançester klubuna 75 milyon avroya başa gəlib.
Kamerun millisinin üzvü 2024/2025 mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2019-cu ildən İngiltərə klubunda çıxış edirdi.