Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, iyulun 22-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35 kV-luq "Hirkan" hava xəttində təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 11:30-dək Gərmətük, Hirkan qəsəbələri, Bala Şürük, Daşdalıqcar, Kosalar, Mamusta, Siyavar və Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.