RU

75 milyon avroya başa gəldi - 5+1 illik müqavilə imzalandı

“Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbömonu transfer edib.

Sportinfoaz xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb. Transfer Mançester klubuna 75 milyon avroya başa gəlib.

Kamerun millisinin üzvü 2024/2025 mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2019-cu ildən İngiltərə klubunda çıxış edirdi.

Избранный
6
17
sportinfo.az

10Источники