Moskvada mindən çox miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən Rusiya vətəndaşı olan dörd azərbaycanlı həbs edilib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Qvardiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, cinayətkar qrupun qanunsuz fəaliyyəti dayandırılıb. İlkin hesablamalara görə, mütəşəkkil dəstə mindən çox xarici vətəndaşı qanunsuz olaraq leqallaşdırıb.
Son Yazılar:
- Dəniz mənzərəli evini 23 milyona satışa çıxartdı
- Rusiyada dörd azərbaycanlı həbs EDİLDİ
- Kanada Ukrayna üçün bu tanklara görə 14,6 milyon dollar ayıracaq
Qeyd olunur ki, saxlanılanların yaşı 34-dən 62-yə qədərdir. Onlar əcnəbilərə Rusiyada 90 günə qədər qalmağa imkan verən saxta miqrasiya kartları hazırlayıblar.
İdarədən bildirilib ki, saxlanılanların hamısı təqsirli bilinərək 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.