RU

2023-cü ilin oktyabrından Qəzzada ölənlərin sayı 59 mini keçib

Qəzza zolağında 2023-cü ilin oktyabrında silahlı münaqişə başlayandan bəri ən azı 59 min fələstinli həlak olub.

Qaziler.az xəbər verir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyi öz “Telegram” kanalında verib.

“2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı artaraq 59 029 nəfərə çatıb, 142 135 nəfər isə yaralanıb”, - nazirliyin yaydığı sənəddə qeyd edilib.

Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son iki gün ərzində anklavdakı xəstəxanalara 134 ölən şəxsin cəsədi qəbul edilib, 1155 fələstinli isə yaralanıb.

QAZİLER.AZ

Избранный
28
45
qaziler.az

10Источники