RU

Qəzzada ölənlərin sayı 59 mini keçdi

2023-cü ilin oktyabrında Qəzza zolağında silahlı münaqişə başlayandan bəri 59 min fələstinli öldürülüb.

Teleqraf xəbər verir ki, bu məlumatı Qəzza zolağının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında paylaşıb.

“2023-cü ilin oktyabrından sonra Qəzzada aparılan hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 59029 nəfərə çatıb, daha 142135 nəfər xəsarət alıb", - nazirliyin dərc etdiyi sənəddə deyilir.

Nazirlik son iki gün ərzində anklavın xəstəxanalarına 134 cəsədin gətirildiyini, 1155 fələstinlinin yaralandığını açıqlayıb.
Избранный
31
30
sherg.az

10Источники