RU

Moskvada dörd azərbaycanlı saxlanıldı

Moskvada Azərbaycan əsilli 4 Rusiya vətəndaşı saxlanılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, həmin şəxslər miqrantların qanunsuz leqallaşdırılmasında ittiham olunurlar.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər min nəfərdən çox əcnəbi üçün saxta sənədlər hazırlayaraq 2 milyon rubldan çox gəlir əldə ediblər.

Paytaxt regionunda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində aparılan əməliyyat zamanı saxta miqrasiya kartları və iş patentləri istehsal edən iki gizli laboratoriyanın ləğv edildiyi iddia olunur.

Избранный
18
13
publika.az

10Источники