İsrailin Xarici İşlər Nazirliyi Qəzzada atəşkəs və humanitar yardım tələbi ilə çıxış edən 25 ölkənin və Avropa Komissiyasının nümayəndəsinin birgə bəyanatına sərt reaksiya verib.
Rəsmi Təl-Əviv bu bəyanatın “reallıqdan uzaq” olduğunu bəyan edib.
İsrail tərəfi sənəddə HƏMAS-ın münaqişədəki rolu və məsuliyyətinin nəzərə alınmamasını tənqid edib:
“Mövcud vəziyyətə və hər iki tərəfin çəkdiyi əzablara görə məsuliyyət yalnız HƏMAS-ın üzərinə düşür. Münaqişəni davam etdirən tərəf də onlardır.”
İsrail beynəlxalq tərəfdaşlarını çağırıb ki, münaqişənin əsas səbəbini, HƏMAS-ın raket hücumları və mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etməsini unutmasınlar./Globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта