RU

Sauldan gözlənilməz qərar: Türkiyəyə gəlməyib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Atletiko"ya məxsus futbolçu Saul Niqesin "Trabzonspor"a keçidi baş tutmayıb.

İdman.biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi son anda bu variantdan imtina edib.

Tərəflər müqavilənin detallarını razılaşdırsalar da, sonda ailə problemləri üzündən 30 yaşlı futbolçu Türkiyədə oynamaq istəməyib. O, "Trabzonspor"la 4 illik sövdələşmə əldə etmişdi. İspaniya mətbuatı Saulun Madrid klubunda qalacağını yazıb.

Qeyd edək ki, Saul 2012-ci ildən "Atletiko"nun formasını geyinir. Yarımmüdafiəçi “Atletiko”nun heyətində 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
3
icma.az

10Источники