Mütəxəssislər sağlam arıqlamanın açarının bağırsaqları aktiv saxlayan, fermentləşdirilmiş qidalar olduğunu bildirir. Dietoloq Selahattin Dönməzə görə, bu qidalar həm iştahı tənzimləyir, həm də yağ yandırılmasını sürətləndirir.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
İlk 7 super qida:
1. Şalgam suyu – İmmuniteti gücləndirir, həzmi yaxşılaşdırır, sinir sisteminə faydalıdır.
2. Tarhana – Protein, vitamin və minerallarla zəngin, toxluq hissi verir, bağırsaqları hərəkətə gətirir.
3. Turşu – Təbii probiotikdir, həzmi asanlaşdırır, bağırsaq florasını dəstəkləyir.
4. Zeytun (fermentləşdirilmiş) – Antimikrobiyal və probiotik təsirlidir.
5. Sirkə (xüsusilə alma sirkəsi) – Qan şəkərini tənzimləyir, iştahı azaldır.
6. Yoğurt – Probiotik və kalsiumla zəngindir, insulin direncini azaldır.
7. Kefir – Bağırsaq mikroflorasını gücləndirir, qan şəkərini sabit saxlayır.
Bu qidalarla zəngin menyular həm arıqlamağa kömək edir, həm də ümumi sağlamlığı dəstəkləyir.
Xeyrənsə Piriyeva