Rusiyalı stomatoloq Olqa Jidkix ağız sağlamlığı üçün düzgün saqqız seçiminin önəmli olduğunu bildirib. “Saqqızı seçərkən dişlər üçün mənfi nəticələrə, xüsusən də kariyes əmələ gəlməsinə yol verməmək üçün şəkərin olmamasına və ya onun aşağı səviyyədə olmasına diqqət yetirmək lazımdır. Saqqızın tərkibində ksilitol ola bilər. Bu şəkər əvəzedicisi kariyesin inkişafının qarşısını alır və diş minasının möhkəmlənməsinə kömək edir”, - deyə mütəxəssis bildirib.Saglamolun.Az