RU

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlandı

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanımərhələsinin nəticələri və apellyasiya müraciətləri barədəməlumatlar açıqlandı.

Trendxəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumatyayıb.

Bildirilib ki, 3,4, 8-10 iyul tarixlərində təşkil olunan testimtahanlarının nəticələri və apellyasiya müraciətləri barədəməlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal vətədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və dahayüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminəburaxılır.

Qeyd edək ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən,suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Texnologiya vətəsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki vəməzmun baxımından problemlər aşkar olunub. Belə ki, texnologiyafənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtindəuyğunsuzluq qeydə alınmışdır. Bundan əlavə, texnologiya fənni üzrərus bölməsində bir sualın cavabında iki düzgün cavab olduğu müəyyənedilmişdir.

Təsviri incəsənət fənni üzrə isə hər iki bölmə üzrə 1 sualıncavab variantlarında uyğunsuzluq aşkar olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlərə əsasən,sözügedən test tapşırıqlarının nəticələri yenidən hesablanıb.Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdəolan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Testtapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahannəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.

Избранный
5
31
az.trend.az

10Источники