RU

Şaranı tək qoymamaqda qərarlıyıq - Ərdoğan

 

Türkiyə Suriya Prezidenti Əhməd əş-Şaraya dəstəyini davam etdirəcək.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əhməd əş-Şaranı Suriyada tək qoymamaqda qərarlıyıq. Suriyanın parçalanmasını istəmirik, Suriyanın bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük. Çünki Suriyanın bərpası onun bizimlə münasibətlərinə də müsbət təsir göstərəcək. Türkiyə suriyalı qaçqınların vətənlərinə qayıtmasını asanlaşdırmağa davam edəcək. Bizimlə birlikdə olan suriyalıların öz ölkələrinə könüllü dönüşünün başladığını görürük. Suriyalı qaçqınların öz vətənlərinə qayıtması qonşu ölkədə sabitliyə töhfə verəcək. Qayıdış prosesini sürətləndirməklə, Suriyadakı vəziyyətin tez bir zamanda normala dönməsini və cənubumuzun təhlükəsizliyini təmin etməyimizi istəyirik”, - o bildirib.

 

Избранный
12
36
sitat.info

10Источники