Arda Turanın baş məşqçisi olduğu Ukraynanın “Şaxtyor” klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis keçmiş yetirməsi Berke Özerin transferini planlaşdırır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Donetsk təmsilçisinin 25 yaşlı qolkiper üçün yaxın günlərdə “Eyüpspor”la danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Berke Özerin İstanbul təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. O, karyerası ərzində “Altınordu”, “Fənərbaxça”, “Vesterlo”, “Portimonense” və “Ümraniyespor” klublarının formasını geyinib.
Əl-Aynaui rəsmən "Roma"da
“Liverpul”dan növbəti transfer: Uqo Ekitike
Sabiq "Barsa"lı "Beşiktaş" yolunda
"Liverpul"da ayrılıq səsləri: KYEZA HEYƏTDƏ YER ALMADI
"Sportinq" Qyökereşə əvəzləyici tapdı: İSPANİYADAN PORTUQALİYAYA