RU

Millət vəkili Asif Əsgərov media nümayəndələrini təbrik edib


Təbrikdə deyilir: Hörmətli, media nümayəndələri !

Sizi 22 iyul – “Milli Mətbuat Günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu çətin, şərəfli və məsuliyyət tələb edən xidmətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.
150 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür.
Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi və dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.
Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır.
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı.
Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.
Hörmətli, media nümayəndələri!
Bu möhtəşəm yubiley münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə yaradıcılıq enerjisi, əqidə möhkəmliyi, möhkəm can sağlığı və fədakar fəaliyyətinizində uğurlar arzulayıram”.

Избранный
66
43
baki-xeber.com

10Источники