RU

"Af Hotel"də qanunsuz zoopark: heyvanlar xilas edildi

"Af Hotel"də qanunsuz zoopark: heyvanlar xilas edildi

Sosial mediada yayılan məlumatlara əsasən, Binəqədi rayonu ərazisində sahil zonasında yerləşən "AF Hotel” adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyi-nin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.

Qaynarinfo-nun məlumatına görə, aparılan birgə yoxlama nəticəsində məlum olub ki, obyektin ərazisində qonaqların əyləncəsi məqsədilə, qəbuledilməz şəraitdə 7 pişik və 1 it saxlanılıb. Bundan əlavə, obyektin ərazisində heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark aşkar edilib. Həmin zooparkda Qırmızı Kitaba düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuz quşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.

Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə, IDEA Heyvanlara Qayğı Mərkəzi və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçirilib. Heyvanların reabilitasiyası tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.

IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində 1113 nömrəli qaynar xəttə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

Избранный
35
50
afn.az

10Источники