RU

Azərbaycan tütün idxalına çəkdiyi xərci 4 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 56,765 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.

"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur.

Hesabat dövründə Azərbaycandan 24,235 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 7,2 % azdır.

Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ümumi ixracın 0,19 %-ni təşkil edib.

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

"Cebheinfo.az"

Избранный
28
12
cebheinfo.az

10Источники