RU

"Qarabağ"ın Avroliqada potensial rəqiblərinin adına aydınlıq gəldi

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, püşkatmada "Qarabağ"ın potensial rəqibləri də müəyyənləşib.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisı “Şelburn”a uduzacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Избранный
38
50
sportinfo.az

10Источники