RU

Hərbi təyyarə məktəbə çırpıldı - 19 nəfər öldü

Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.

Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

***

13:20

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə paytaxt Dəkkədə universitet şəhərciyinə düşüb.

Ölən və yaralananların olduğu bildirilir. Təyyarənin "F-7 BGI" təlim qırıcı təyyarəsi olduğu qeyd olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 

Избранный
14
16
modern.az

10Источники