RU

Pakistanda polis konvoyuna hücum zamanı 8 polis həlak olub, 4 terrorçu zərərsizləşdirilib

Pakistanın şimal-qərbində yerləşən Orakzai bölgəsində terrorçular təhlükəsizlik qüvvələrinin konvoyuna ağır silahlarla hücum ediblər.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qarşıdurma baş verib.

Hadisə nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı həlak olub, 11-i isə yaralanıb. Terrorçulardan dördü zərərsizləşdirilib.

Qeyd edək ki, cari ilin əvvəlindən bəri Pakistanda, əsasən təhlükəsizlik əməkdaşları olmaqla, 320-dən çox şəxs terror hücumları nəticəsində həyatını itirib.

Избранный
8
6
apa.az

10Источники