RU

Zəhra yuxudan oyananda hələ də bunu deyir

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Zəhra yuxudan oyananda "sabahın xeyir, ana, Röyal" deyirdi. 909 gün keçib, amma dəyişən heç nə yoxdur. Yenə də "sabahın xeyir, ana, Röyal" deyir. 9 il "gecən xeyirə, eşqim" dedim. Ölüm son, itirmək və yox olmaq deyil".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb. O, qızı Zəhradan bəhs edib:

"Ölüm sadecə dünyanı baska bir dünya ilə dəyişməkdir. Bəzi vərdişlərin dəyişməsi baş verir: hər şeyə özün tək qərar verirsən. Sadəcə müəyyən edilmiş günə kimi, belə düşünək. Məsələn, pul yığırsan, 5 il sonra Məkkəyə gedəcəksən, gözləyirsn. İl tamam olanda həmin sevgi və istəklə yola düşürsən. Ölüm də son deyil. Sadəcə tək addımlamaqdır. 

Allah şahiddir ki, nə Tünzaləyə olan sevgim azaldı, nə də xəyanət etdim, təmiz adına ləkə saldım. Heç vaxxt şikayət etmədim, şükür etdim".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. Onun Zəhra adlı bir qız övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
42
axsam.az

10Источники