RU

Çempionlar Liqası: "Qarabağ" daha 2 yetirməsini sifariş edə bilər - AÇIQLAMA

BAKI, 21 iyul. TELEQRAF

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində İrlandiya “Şelburn”u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizısinə klub akademiyasının 2 üzvünü salıb.

Teleqraf xəbər verir ki, 24 nəfərlik siyahıda siyahıda baş məşqçi Qurban Qurbanovun istəyi ilə Avstriyada təlim-məşq toplanışına qatılan 16 yaşlı müdafiəçi Amin Rzayev və 18 yaşlı yarımmüdafiəçi Hikmət Cəbrayılzadənin adı yer alıb.

Əvəzində həmin toplanışda iştirak etmiş daha 2 oyunçu - müdafiəçi Həbib Qədimov və yarımmüdafiəçi Mehdi Mütəllimli iştirak ərizəsində yer almır.

“Qarabağ” akademiyasının meneceri Nail Kərimov Teleqraf-a açıqlamasında məsələni belə şərh edib: “Hazırda bu iki futbolçuya şans verilib. Onlar toplanış müddətində özlərini yaxşı tərəfdən göstəriblər. Amma bu, o demək deyil ki, digərləri belə bir şansı qazanmayacaqlar. Ola bilər ki, zamanla Mehdi Mütəllimli və Həbib Qədimov da iştirak ərizəsinə düşsünlər”.

Xatırladaq ki, Amin Rzayev Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün XXXIII turunda “Sumqayıt”la oyunda rekorda imza atıb. O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edən ən gənc futbolçusu olub.

"Qarabağ"la "Şelburn" arasında ilk görüş iyulun 23-də İrlandiyada Bakı vaxtı ilə 22:45-də baş tutacaq. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü isə saat 20:00-da başlanacaq.

Избранный
9
17
teleqraf.com

10Источники