RU

Çin-Aİ sammiti mürəkkəb beynəlxalq fonda keçiriləcək

Çin-Aİ sammiti mürəkkəb beynəlxalq fonda keçiriləcək

Qarşıdan gələn Çin-Aİ sammiti mürəkkəb beynəlxalq şəraitdə keçiriləcək və böyük əhəmiyyət kəsb edir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiaku deyib. Onun sözlərinə görə, Çin tərəfi Brüssellə fikir ayrılıqlarını aradan qaldırmağa ümid edir.

"Bəşər icması yenidən yol ayrıcındadır. Çin və Avropa çoxqütblülüyü təşviq edən iki əsas qüvvə kimi çıxış edirlər. Çin-Avropa sammitinin böyük əhəmiyyəti var. Ümid edirik ki, Avropa tərəfi Çinlə ahəngdar hərəkət edəcək, zamanın ruhuna, hər iki ölkə xalqlarının və beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə əməl edəcək və fikir ayrılıqlarını aradan qaldıraraq konsensusu gücləndirəcək", - deyə o bildirib.

Rəsmi nümayəndə qeyd edib ki, Çin-Avropa münasibətləri bəzi çətinliklərlə üzləşir. O xatırladıb ki, Aİ-nin müəyyən siyasətləri xüsusi ticarət və iqtisadi problemləri şişirdir.

"Ukrayna məsələsində onlar əsassız olaraq Çini günahlandırır, Çin-Aİ münasibətlərinə lazımsız maneələr yaradırlar", - Quo Jiaku əlavə edib. O bildirib ki, bir neçə onilliklər ərzində əməkdaşlıq çərçivəsində Pekin və Brüssel davam edən dəyişikliklərin, çətinliklərin və çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər təcrübə və müsbət enerji toplayıblar.

Qeyd edək ki, iyulun 24-də Çin-Avropa İttifaqı sammiti keçiriləcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinə Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılması da daxil olmaqla üç tələb irəli sürüb.

Избранный
32
20
afn.az

10Источники