RU

Rəsm fənni üzrə apellyasiyaya müraciət etmək istəyənlərin NƏZƏRİNƏ!

Təsviri sənət istiqamətinin Təsviri incəsənət müəllimliyi (13) komissiyası üzrə imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 iyul 2025-ci il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə nömrəsinə zəng olunacaq. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.

DİM-dən Viral.az-a verilən məlumata görə, Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı və ya 13-cü komissiya ilə bağlı müraciət olmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır, onun üçün apellyasiya prosesi təşkil olunmur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların əhəmiyyətli bir hissəsi qiymətin yenidən araşdırılması ilə bağlı komissiyaya müraciət etsələr də, ünsiyyət zamanı qiymətlərindən razı olduqlarını bildirir, komissiya üzvlərindən bu və ya digər səbəblə əlaqədar onlara güzəşt edilməsini xahiş edirlər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmır. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir.

Son Yazılar:

Muraciətlərə telefon əlaqəsi vasitəsilə baxılır. Bir abituriyentin müraciəti üzrə 10 dəqiqə müzakirə aparılması nəzərdə tutulub. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Elektron ərizələrindəki əlaqə nömrəsi aktiv olmadıqda, daxil olan zəngə cavab verilmədikdə müraciətə abituriyentin iştirakı olmadan baxılır. Əlaqə yaradılmasından imtina edən abituriyentlər üçün ikinci dəfə komissiya yaradılması nəzərdə tutulmur.

Qeyd edək ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə namizədlərin komissiya üzvləri ilə danışığının səsyazısı aparılır.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı günlərdə imtahan keçirilən binada təşkil edilir. Apellyasiyanın tarixi, saatı və apellyasiyası təşkil edilən komissiya, fənn barədə məlumat DİM-in rəsmi saytında (həm xəbər kimi, həm də qabiliyyət imtahanları ilə bağlı təqvimdə), imtahan binasının girişində vurulmuş elanda verilir.

Qeyd: Müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə yalnız elan edilən tarixdə apellyasiya müraciətləri qəbul olunur.

Избранный
10
50
viral.az

10Источники