RU

Klaus Strunz: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunda “Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda təkbətək görüş keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, görüşdə “Euronews”un baş icraçı direktoru Klaus Strunz çıxış edib.

    O bildirib ki, süni intellekt bizə özümüzü sorğulamaq imkanı verir: “Dezinformasiya həm təhlükə, həm də fürsətdir. Hər gün yeni xəbər yayıldıqda, jurnalistlər düşünür: bu, saxta xəbərdir, yoxsa yox?”

    O qeyd edib ki, süni intellekt üçün nəzarət mexanizmləri olmalıdır: “Biz hər məlumatı yoxlamalı, onu süzgəcdən keçirməliyik. Süni intellekti yeni bir işçi kimi görmək mümkündür. Dünyanın hər yerində süni intellektdən istifadə edilir və bu texnologiya informasiya mühitini dəyişir”.

    Избранный
    10
    14
    bakivaxti.az

    10Источники