RU

“Qarabağ” üçün 306

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” FK matçını “Tolka Park” stadionunda izləmək və “atlılar”ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 Avro, uşaqlar və tələbələr üçün isə 20 Avrodur.

“Qarabağ”ın azarkeşləri üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu iyulun 23-ü saat 22:45-də Bakı vaxtı ilə) start götürəcək.

Избранный
6
50
futbolpress.az

10Источники