Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyulun 22-də respublika üzrə bu ayın pensiyalarının tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.