Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, görüşün çərşənbə və ya cümə axşamı günü İstanbulda baş tutması ehtimal olunur.
Məlumata görə, Ukrayna tərəfi Rusiyaya danışıqların davam etdirilməsi ilə bağlı rəsmi təklif göndərib. Rusiya danışıqlar qrupu isə bu təklifi təsdiqləyib.
Qeyd edək ki, 2025-ci ildə Rusiya və Ukrayna arasında birbaşa danışıqların iki raundu mayın 16-da və iyunun 2-də İstanbulda keçirilmişdi.
Fidan Hacızadə
Sfera.az