RU

"Qarabağ"ın azarkeşləri üçün İrlandiyada 306 yer ayrıldı

BAKI, 21 iyul. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada “Şelburn"a qarşı keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Teleqraf Ağdam təmsilçinin rəsmi saytına istinadən xəbər verir ki, “Tolka Park" stadionunda "köhlən atlar"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.

"Qarabağ" azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Избранный
2
50
teleqraf.com

10Источники