RU

Sürücülük hüququ olmayan şəxs piyadanı vurub öldürdü

Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb.

News24.az axar.az-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Nurlan Eldar oğlu Nağıyev sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Müşfiq Əsgər oğlu Eminovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.


Избранный
14
47
news24.az

10Источники