RU

Şuşa Qlobal Media Forumu davam edir

AzVision.az xəbər verir ki, Forumun ikinci günündə“Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində”, “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması”və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, iyulun 20-də öz işinə başlayan Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edirlər.

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var. 3-cü Şuşa Qlobal Media Forumunun bu gün yekunlaşması planlaşdırılır.

AzVision.az
Избранный
15
50
azvision.az

10Источники