RU

"Neftçi" daha bir legionerlə gücləndi - Düşərgəyə gəldi, axşam məşqinə qatıldı

"Neftçi" daha bir transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yay hazırlıqlarını Polşada davam etdirən Bakı təmsilçisi sağ cinah müdafiəçi Kristian Kostini heyətinə qatıb.

27 yaşlı rumıniyalı dünən komandanın düşərgəsinə gəlib və axşam məşqində iştirak edib. 27 yaşlı Kostin həm də sağ cinah vingeri mövqeyində oynaya bilir. 

Kostinin son klubu Buxarest "Dinamo"su olub.

Nihat

Избранный
45
fanat.az

1Источники