Şuşada keçirilən “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forum öz işinin son gününə start verib.
Doğru.az xəbər verir ki, “Report”un məlumatına görə, iyulun 19-da başlayan beynəlxalq forum bu gün – iyulun 21-də yekunlaşacaq.
Üçüncü günün proqramına iki əsas panel müzakirəsi daxildir:
– “İnformasiya təhlükəsizliyinin təminatı kimi media savadlılığı”
– “Sosial şəbəkələrin təkamülü ictimai etimada necə təsir edir: KİV və media savadlılığının sərhədləri”
Xatırladaq ki, forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun nümayəndələri iştirak edir.
DOĞRU.AZ