"Sportinq"in hücumçusu Viktor Gyokereş gələcək karyera seçimini artıq edib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
27 yaşlı isveçli futbolçu yalnız "Arsenal"a keçmək istəyir. Baxmayaraq ki, "Mançester Yunayted" və bir sıra digər klublar onunla ciddi maraqlanır, oyunçunun nümayəndələri artıq "Sportinq"ə çatdırıblar ki, Gyökereş "Old Trafford"a keçmək niyyətində deyil.
O, məhz "Arsenal" layihəsini və Premyer Liqada, Çempionlar Liqasında uğur qazanmaq imkanlarını üstün tutur. Futbolçunun agenti Həsən Çetinkaya da bu qərarı tam dəstəkləyir.
Qeyd edək ki, Viktor Gyokereşin "Sportinq"lə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, ötən mövsüm 52 oyunda 54 qol vurub və 13 qolun ötürməsini verib.