RU

Sadə saç şampunu ilə 20 milyon dollar gəlir – SƏHƏR OXUSU

Avstraliyanın Melburn şəhərində yaşayan 37 yaşlı Jordan Mylius pandemiya dövründə gündəlik həyatda çoxlarının diqqət etmədiyi bir boşluğu fərq etdi.

Valyuta.az xəbər verir ki, o, supermarketlərin saç baxımı rəflərində salon keyfiyyətində, lakin münasib qiymətə məhsulların olmadığını gördü və bu sahədə biznes qurmağa qərar verdi.

Daha əvvəl marketinq və texnologiya sahəsində rəhbər vəzifələrdə çalışan Mylius bu dəfə şəxsi kapitalını riskə ataraq gözəllik məhsulları bazarına girdi.

Jordan Mylius 2022-ci ildə təxminən 700 min – 1 milyon dollar sərmayə qoyaraq “Hairification” adlandırdığı saç şampunu və kondisioner seriyasını formalaşdırdı. Məhsulların dizaynından qablaşdırılmasına, tərkibindən marketinqinə qədər bütün mərhələlərdə birbaşa iştirak etdi. 

“Hairification” qısa müddətdə populyarlıq qazandı. Əvvəlcə yerli bazarlarda satılan məhsullar daha sonra "Coles" ," Woolworths" və "Priceline" kimi ölkənin ən iri pərakəndə şəbəkələrinə daxil oldu. Eyni zamanda sosial media, xüsusilə də "TikTok" üzərindən yayılan reklamlar və istifadəçi rəyləri brendin daha da tanınmasına səbəb oldu. Bu strategiya nəticəsində “Hairification” 2023-cü ilin sonuna qədər 20 milyon dollar dəyərində satış həyata keçirdi.

Məhsulların satışından əldə edilən gəlirin xalis mənfəət olaraq 4–6 milyon dollar civarında olduğu təxmin edilir. Hal-hazırda “Hairification” brendi 2 mindən çox mağazada satışdadır və Jordan Mylius markanı beynəlxalq bazarlara çıxarmağı planlaşdırır.

Onun bu uğuru, gündəlik bir ehtiyacın düzgün zamanda və düzgün formada təqdim olunması ilə nələrin mümkün ola biləcəyini göstərir. Jordan Mylius bir daha sübut etdi ki, böyük fikirlər üçün həmişə qeyri-adi icadlara ehtiyac yoxdur – bəzən bir şampun da milyonlarla dollarlıq uğurun başlanğıcı ola bilər. 

Mayya Hüseynova 

Избранный
104
50
valyuta.az

10Источники