BAKI, 21 iyul. TELEQRAF
"Los Çoneros" narkotik kartelinin başçısı, Fito adıilə tanınan və bir il yarım gizləndikdən sonra iyun ayında ələ keçirilən Adolfo Masias Ekvadordan ABŞ-a ekstradisiya edilib.
Teleqraf xəbər verir ki, bu barədə Ecuavisa telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin təyyarəsi cinayətkarı Ekvador Hərbi Hava Qüvvələrinin bazasından götürüb.
ABŞ-də o, beynəlxalq kokain ticarəti, qaçaqmalçılıq və s. ittiham olunur.
Narkobaronun həbsi iyunun 25-də elan edilib.Fito 2024-cü ilin yanvarında qaçdıqdan sonra Ekvadorda iğtişaşlar başlayıb. Onlarla mühafizəçi girov götürülüb. Quldurlar televiziyanın binasını ələ keçirərək, canlı efirdə hər kəsi silahlahədələyiblər. Ölkədə fövqəladə vəziyyət elan edilib vəpaytaxt küçələrində tanklar görünüb.