RU

Bolqarıstanlı sürücünün avtomobili "GT World Europe" yarışında yanıb

Bakı. Trend:

Bolqarıstanlı sürücü Georgi Donçevin avtomobili İtaliyanınMisano şəhərində keçirilən “GT World Europe” yarı seriyasınınnövbəti raundunda qəza nəticəsində yanıb.

Trend xəbər verirki, insident zamanı Donçevin idarə etdiyi "Lamborghini Huracán GT3Evo 2" avtomobili rəqibi ilə toqquşmadan sonra maneəyə çırpılıb vəalovlanıb. Sürücü dərhal avtomobildən çıxaraq hadisə yerindənuzaqlaşıb və xəsarət almayıb.

Qəza səbəbindən trasda yarış müvəqqəti dayandırılıb və qırmızıbayraqlar qaldırılıb.

Избранный
18
az.trend.az

1Источники