Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva "Zenit"dən ayrıla bilər.
Sportinfo.azoxu.az-a istinadən xəbər verir ki, müdafiəçi ilə bir çox klublar maraqlansa da, o, Avropadan təklif gözləyir.
Mingəçevirli oyunçu Avropa klublarından təklif gələcəyi təqdirdə "Zenit"dən ayrılmaq istəyir.
Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.