RU

Sumqayıtda çoxmərtəbəli binadakı yanğın söndürülüb, 7-si uşaq olmaqla 22 nəfər təxliyə olunub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə nazirlikdən bildirilib.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.
 
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan ikiotaqlı mənzilin yanar kostruksiyaları 40 kv.m. sahədə yanıb.
 
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
 

 

 
***
 
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları tərəfindən söndürülüb.
 
"Report"un yerli bürosu xəbər verir ki, binadan ümumilikdə 22 nəfər təxliyə olunub.
 
***
 
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
 
"Report"un yerli bürosu xəbər verir ki, hadisə 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş verib.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
 
Polis əməkdaşları tərəfindən ərazidə mühafizə tədbirləri həyata keçirilir, binadan ilkin olaraq 22 nəfər sakin təxliyə olunub. Hazırda yanğının qarşısının alınması və səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.
Избранный
22
50
moderator.az

10Источники