RU

Bəzi ərazilərdə qazın verilişi dayandırılıb

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, rayonun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.

Buna səbəb Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.

Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Избранный
37
10
demokrat.az

10Источники