I Liqada mübarizə aparan "Difai"dən ayrılan futbolçuların sayı 9-a çatıb.
Offsideplus.az xəbər verir ki, klub Seymur Əliyev, Xəyyam Məmmədli və Arzu Atakişiyevlə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Difai" daha öncə Emil Quluzadə, Tahir Zeynalov, Xəyal Bədirov, Sahib Həsənov, Nail Alışov və Vaqif Məlik-Yeqanov ilə yollarını ayırıb.
Xatırladaq ki, komandanın yeni baş məşqçisi Araz Bağırovdur.