Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.
"Report"un məlumatına görə, rayonunun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.
Buna səbəb kimi Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.
Hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.