RU

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırıldı

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonunun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.

Buna səbəb kimi Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.

Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən kəndlərdə ümumilikdə 4 500-dən çox abonent var.

Избранный
46
10
bakivaxti.az

10Источники