Portuqaliya nəhəngi "Benfika" Braziliyanın "Palmeyras" klubunda çıxış edən kolumbiyalı yarımmüdafiəçi Riçard Rios ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Rios gələn həftə tibbi yoxlanış üçün Portuqaliyada olacaq.
"Benfika" bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, futbolçunun adı daha əvvəl "Roma" ilə hallansa da, italiyalılar bu məbləği ödəməkdən imtina edib.
Kamil Xudiyev