RU

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırıldı

Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, rayonunun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.

Buna səbəb kimi Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.

Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən kəndlərdə ümumilikdə 4 500-dən çox abonent var.

Избранный
42
10
axar.az

10Источники