ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində məskunlaşan və ölkə hakimiyyəti tərəfindən vətənlərinə deportasiya oluna biləcək əfqan qaçqınlara dəstək vermək niyyətində olduğunu bildirib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Amerika lideri "Truth" sosial şəbəkəsində yazıb.
"Mən bundan sonra onları xilas etməyə çalışacağam", - Tramp qeyd edib.
Söhbət "Taliban" hakimiyyətə gəldikdən sonra ölkələrini tərk edən və 2021-ci ildən əmirliklərdə yaşayan bir qrup qaçqından gedir. Onlar hazırkı hakimiyyətin təqiblərindən qorxduqları üçün vətənlərinə qayıtmaqdan imtina edirlər. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri baş verənləri anlamaq və deportasiyanı dayandırmaq üçün BƏƏ-dəki həmkarları ilə danışıqlar aparır.