RU

Qərarın milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı olduğu deyilir...

ABŞ Kənd Təsərrüfatı Departamentiəcnəbi işçilərin, Çin vətəndaşlarının, həmçinin Rusiya, İran və Şimalı Koreyadanolan mühacirlərin kütləvi şəkildə işdən çıxarılmasını həyata keçirib.

SİA xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Söhbət 70-ə yaxın mütəxəssisdən gedir ki, onların əksəriyyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin Tədqiqat Xidmətinin strukturunda çalışan çinli postdoktorantlardır.

Onların işdən çıxarılmasından sonra elmi nəşrlərə yenidən baxılması və bir sıra layihələrin müvəqqəti dayandırılması gözlənilir.

Departament bildirib ki, qərar ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün verilib və yalnız “düşmən ölkələrin” vətəndaşlarına qarşı yönəlib.

İşdən çıxarılmaların qəfil həyata keçirildiyi qeyd olunur: işçilərin xidməti vəsiqələri fəaliyyətini dayandırıb və onların bir çoxu faktiki olaraq əvvəlcədən xəbərdarlıq edilmədən işdən kənarlaşdırılıb.

Əli Babayev

Избранный
84
sia.az

1Источники