"Sumqayıt" klubunda növbəti ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir verir ki, Sərtan Taşkın ilə yollar ayrılıb. Futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
27 yaşlı müdafiəçi karyerasını Türkiyə 1-ci Liqa təmsilçisi "Serik Bələdiyyəspor"da davam etdirəcək. Onunla sözləşmə 1 illik nəzərdə tutulub.
Qeyd edək ki, "Sumqayıt" daha öncə Vüqar Mustafayev, Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov, Silvanus Nimeli, Uğur Cahangirov ilə vidalaşıb.