RU

Məhəmməd Asim: Media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir

Laçın, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

AZƏRTAC dünyanın aparıcı xəbər agentliklərindən birinə çevrilib və bu, böyük uğurun göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Pakistan Xəbər Agentliyinin (APP) Baş direktoru Məhəmməd Asim Xiçi Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir. Bu texnologiyadan düzgün istifadə informasiya axınının daha effektiv və keyfiyyətli şəkildə təmin edilməsinə imkan yaradır.

“Eyni zamanda vurğulamaq istərdim ki, Pakistanın APP xəbər agentliyi ilə AZƏRTAC arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərindən böyük məmnunluq duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid edirəm.

AZƏRTAC-ı bu əlamətdar yubileyi münasibətilə bir daha təbrik edir, quruma davamlı inkişaf və yeni nailiyyətlər arzulayıram”,- deyə Məhəmməd Asim Xiçi əlavə edib.

 

Избранный
46
18
azertag.az

10Источники