RU

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Qurbanova Azərbaycan Prezidenti İlham Əliyevə Ukrayna hərbi şevronlarını təqdim edib.

"Bakuinfo" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə videonu deputat Aleksey Qonçarenko özünün Teleqram kanalında yayımlayıb.

O, Əliyevin ukraynalıların təslim olmaması ilə bağlı “çox sərt” bəyanat verdiyini də qeyd edib:

"Dünən Yelena Azərbaycan prezidentinə Ukrayna hərbi şevronlarını hədiyyə edib. Azərbaycan prezidenti ona təşəkkür edib və Ukraynaya "işğalla barışmayın" deyib. İşarə aydındır", - Qonçarenko yazıb.

Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.

Избранный
73
5
bakuinfo.net

4Источники